AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən və Aktauda qəzaya uğrayan təyyarəsindən sağ çıxan Zaur Məmmədov ilk səsli mesajı sevgilisinə göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Cəmilə, narahat olma! Təyyarəmiz qəzaya uğradı. Mən sağam. Qazaxıstanda bir yerdəyik”, – o səsli mesajında bildirib.
Qeyd edək ki, Zaur Məmmədova atasının dəfnindən qayıdırmış.
O, RT-yə bildirib ki, uçuş zamanı iki dəfə partlayış səsi eşidib. Amma onun sözlərinə görə, təyyarə düşən zamanı heç bir çaxnaşma olmayıb./axaraz