Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıldıbackend

Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırdı

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb. 

Bunu KONKRET.az– a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: “BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*