Şərurlu İsfəndiyar: “Hamının fikrinə hörmətlə yanaşıram, həyatda hər şey ola bilər”backend

Şərurlu İsfəndiyar: “Hamının fikrinə hörmətlə yanaşıram, həyatda hər şey ola bilər”

“Üzərinə həbs qoyulan avtomobillərimin sayını bilmirəm. Çoxdur, 12-13 maşın var. Onların dəyəri isə qəbul edilən borc qərarından dörd-beş dəfə çoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

O, bu hadisənin bir müddət öncə “Mənə imkan versələr, bütün məscidləri söküb, yerində məktəb tikərdim” sözlərinə görə başına gəldiyini deyənlərə isə belə cavab verib: “Kim nə deyir, hərənin öz fikri var. Hamının fikrinə hörmətlə yanaşıram. Həyatda hər şey ola bilər…”

Qeyd: İcra məmuru İsfəndiyar Axundovun 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib. Onun açıqlamasından isə belə nəticə çıxır ki, avtomobillərinin dəyəri 2 milyon 410 min edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*