“TikTok”da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.
KONKRET.az Bakupost.az-a istinadən xəbər verir ki, Tovuzda yaşayan Füzuli rayon sakini 50 yaşlı Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətdiyinə görə polis tərəfindən həbs edilib.
Sərxoş vəziyyətdə canlı yayım açan şəxs cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.
Rzayev izahatında etdiyi hərəkətlərdən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.
Qeyd edək ki, həbs edilən şəxs “N” saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.
