Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu açıqlayıb.
“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, – deyə o paylaşımında yazıb.
Əlavə edək ki, Albinanın yaxın dostlarından biri APA-ya açıqlamasında onun ölümü ilə bağlı iddiaları təkzib edib.
Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.
****
“Səs Azərbaycan”ın iştirakçısı Albina Pyakşeva ABŞ-Meksika sərhədində həlak olub.
KONKRET.az xəbər verir ki, azərbaycanlı müğənni Albina Pyakşeva ABŞ və Meksika sərhədini keçməyə cəhd edərkən həyatını itirib. Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva öz “Facebook” hesabında məlumat verib.
“Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, Albina Pyakşeva Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, həmçinin “Səs Azərbaycan” layihəsində də iştirak edib.
KONKRET.az