“Səs” qəzeti həftədə bir dəfə çap olunacaq.
KONKRET.az xəbər verir ki, bunu qəzetin baş redaktoru Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, heyətlə keçirilən növbəti iclasda restrukturuzasiya, optimallaşma işləri və texniki məsələlər müzakirə olunub və belə qərara gəlinib:
“Medianın İnkişafı Agentliyinin qərarını 35 İllik kollektivlə restrukturuzasiya və optimalaşma ilə bağlı müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyevin ən sevdiyi qəzet kimi yolundan dönmədi. MEDİA-nın qərarı ilə gələn ilin yanvarından məktəb yaratmış SƏS qəzetinin həftədə bir dəfə nəşrinə və kollektivin azaldılmasına zərurət yaranıb. Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivin yarısı ilə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır. Yanlış anlaşılmasın Səs Media Qrupu fəaliyyətin davam etdirir”, – Bəhruz Quliyev vurğulayıb.
