İndi aparıcı dünya mediaının başlıqları belədir: “Səudiyyə Ərəbistanı Yaxın Şərqdə böyük populyarlıq qazanır”, “Məhəmməd bin Salmanın Vaşinqtonu göstərən orta barmağı getdikcə böyüyür”.
Son bir ildir ki, Səudiyyə Ərəbistanı dünya iqtisadiyyatının mərkəzinə çevrilir. Bu dövlət geosiyasi gücə çevrilməklə dinamik və Yaxın Şərqin şəksiz lideri rolunu oynamağa başlayıb. Səudiyyəlilər, şübhəsiz, neft satışından böyük gəlirlər əldə edirlər və qlobal biznes ictimaiyyəti üçün investisiya mənbəyinə çevriliblər. 2022-ci il ərzində dünya liderləri silah müqavilələri və valyuta mübadiləsindən tutmuş neft hasilatının artırılmasına qədər vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxıb.
Amma bu, səudiyyəlilər üçün sadəcə şans olub. Çünki ərəblər COVID-19 pandemiyasının dayanmasından sonra qlobal iqtisadi canlanmada mühüm mövqe tutdular. Hətta Ukraynadakı münaqişədən də faydalana bildilər. Qlobal enerji bazarı bu baxımdan Məhəmməd bin Salmanın silueti ilə rastlaşır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Yəmənlə ciddi problemlər yaşadı. Türkiyənin dəstəklədiyi Yəmənlə baş-başa qala bilməyəcəyini görən bin Salman kömək üçün Tehrana üz tutdu. Çünki yerli iranpərəst husi üsyançıları Yəməndən Səudiyyə Ərəbistanı ərazisinin atəşə tuturdu. Livan və Suriyada da vəziyyət eyni idi. Burada da iranlılar artıq dərəcədə əhəmiyyətli təsirləri var idi.
Qəribədir ki, məhz bu uğur və uğursuzluqlar fonunda Səudiyyə Ərəbistanı xüsusilə Yaxın Şərqdə yüksələn ulduza çevrilə bildi.
Bu yaxınlarda “Gallup”un 13 müsəlman ölkəsi arasında apardığı sorğuda Səudiyyə Ərəbistanının İrandan qat-qat daha populyar olduğu məlum olub. Doğrudur, Türkiyə də müsəlman dövlətləri arasında nüfuzunu artıra bilim. Amma beynəlxalq səviyyəli siyasi şərhçilər hesab edir ki, səudiyyəlilər paralarına görə qlobal iqtisadi proseslərdə öndə getməyi bacarıb.
Təbii ki, “Gallup”un sorğusunun nəticələri tam ədalətli sayıla bilməz. Çünki İran öz bölgəsində hegemon ambisiyalarını saxlayır və çoxlu qan tökülməsinə görə məsuliyyət daşıyır. Beynəlxalq güclər nə qədər çalışsa da, İran Yaxın Şərqdə, Suriya və Livanda müəyyən mövqelərə malikdir. Qəzzada da İran medianın rəğbətini qazanıb.
İordaniyada Səudiyyə Ərəbistanı nüfuzlu “Arab Barometer” jurnalına görə, xalq tərəfindən bəyənilmə baxımından Türkiyədən sonra ikinci yerdədir. Tunislilərin təxminən yarısı Fransa və Türkiyə ilə yanaşı Səudiyyə Ərəbistanına müsbət baxır. İraqlılar Səudiyyə Ərəbistanına Çindən başqa hər hansı digər ölkədən daha çox üstünlük verirlər və Məhəmməd bin Salman Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayeddən sonra onların sevimli lideridir.
Bu cür məlumatlar bir çox Qərb elitasını düşündürməyə məcbur edib: Səudiyyə Ərəbistanı son illərdə niyə Yaxın Şərqdə bu qədər populyarlaşdı?
Sorğular analitiklərə bölgədəki insanların niyə səudiyyəlilərə heyran olduqları barədə heç nə demir, lakin vəliəhd şahzadənin daxili və xarici siyasətinin əsas detallarını şərh edirlər.
Həmin şərhlərə görə, Səudiyyə Ərəbistanında böyükmiqyaslı sosial dəyişikliklər baş verib. Səudiyyəlilərin həyatı digər islam ölkələri əhalisi üçün nümunə kimi gəstərilir.
Doğrudur, Səudiyyədə də islahatlar tələb edən fəallar sərt repressiyalara məruz qalır. Dövlətin cəmiyyətə nəzarəti getdikcə güclənir.
- Yaxın Şərq əlbəttə, bu məsələlərdən xəbərsizdirlər, lakin ümumilikdə onlar belə qənaətə gəliblər ki, səudiyyəlilərin həyat tərzi çox yüksəkdir. İordaniyalı aktivin dediyinə görə, gənc mütəxəssislər getdikcə daha çox futuristik şəhər olan Ər-Riyad, Ciddə və Neomda böyük perspektivlər axtarırlar. Məhəmməd bin Salman iordaniyalılar üçün kifayət qədər sevimli obrazdır.
Bu vəliəhd şahzadənin niyyəti artıq islam aləmi üçün gizli bir üstünlük deməkdir. Doğrudur, amerikalılar, ingilislər, avstraliyalılar, eləcə də qərb ölkələrinin sakinləri arasında elə adamlar tapılmaz ki, belə bir krallığa köçsün. Amma ərəb dünyasının cəlbedici xüsusiyyətləri barədə Qərb mediasında kifayət qədər geniş yazılar dərc edilir
Bəzi analitiklərə görə, vəliəhdin xarici siyasətinin populyarlığının daha maraqlı faktorı var. Bu, Səudiyyə Ərəbistanının Qətərin blokadasında aparıcı roludur. Nəzərə alaq ki, Məhəmməd bin Salman Livanın baş naziri Saad Həririni (həqiqətən də müasir Yaxın Şərq siyasətinin salnamələrindəki ən qəribə epizodlardan biri) istefaya məcbur edə bilib. Bu mənada İstanbulda Camal Qaşıqçının dəhşətli qətli, Vaşinqtonun 37 yaşlı vəliəhd şahzadəni ehtiyatsız və təhlükəli görməsi təəccüblü deyil.
Ancaq Yaxın Şərqlilər, deyəsən, fərqli fikirdədirlər. Onlar regional qeyri-sabitlik mənbəyi əvəzinə Ər-Riyadı sabitliyə töhfə verən qüvvə kimi görürlər. Məsələn, krallığın İordaniyaya əhəmiyyətli sərmayə qoyması və onun maliyyə yardımları Ər-Riyadın Əmmanı borcdan qurtara və İordaniyanın gələcəyini təmin etməyə kömək edəcəyinə ümid verir.
Ancaq bu, təkcə onun gətirə biləcəyi kömək və sabitlikdən getmir. Müasir iordaniyalı hesab edir ki, ABŞ-ın yardımındansa, Səudiyyə Ərəbistanının köməyi daha məqsədəuyğundur. Bu fikir açıq şəkildə, xüsusən də gənclər arasında geniş yayılıb.
Elə buna görədir ki, ərəblər ABŞ-ın regiondan “çıxarılmasını” istəyirlər. İkincisi, ərəb liderləri və onların təbəələri Yaxın Şərqi özləri formalaşdırmaq istəyirlər. Onlara Birşəşmiş Ştatlar, Çin və Rusiya çox yaddır.
Regionda dominant güc olan səudiyyəlilərin lideri Məhəmməd bin Salmanın Vaşinqtona uzatdığı orta barmaq Ər-Riyadın imicini gücləndirir. Məsələn, 6 fevral zəlzələsindən sonra səudiyyəlilər ABŞ-ın etirazına baxmayaraq, Əsədin nəzarətində olan Hələbə yardım göndərdi. Suriyalılar bu köməyi çox yüksən qiymətləndirdilər.
Eyni şey Suriyanın Ərəb Liqasına qayıtması ilə də baş verdi. Bu proses səudiyyəlilərin rəhbərlik etdiyi prosesdir.
Bütövlükdə, görünən odur ki, Səudiyyə Ərəbistanı Vaşinqtondan asılı olmayan xarici siyasət yürüdür. Krallığın bu mövqeyi Qərbdə qısqanclıqla qarşılanır. Amerika rəsmiləri və siyasətçiləri sorğulara və krallığın populyarlığının səbəblərinə hələ də ciddi yanaşmırlar.
Əgər Vaşinqton Pekinlə rəqabət aparacaqsa, ekstremistlərlə mübarizə aparacaqsa, nüvə silahlarının yayılmasının qarşısını alacaqsa və Yaxın Şərq xalqları ilə birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə aparacaqsa, bu amili unutmamalıdır ki, uğur qazanmaq şansları daha yüksək olsun.
Bəli, heç kimin ağlına gəlmədiyi bir siyasi məqam gəldi. Artıq dünyada Səudiyyə Ərəbistanı ən mühüm iqtisadi oyunçu, geosiyasi güc, dinamik və populyardır.
Hazırladı: Natiq Səlim,
KONKRET.az