Səudiyyə Ərəbistanı dollar istiqrazlarını dövriyəyə buraxdıbackend

Səudiyyə Ərəbistanı dollar istiqrazlarını dövriyəyə buraxdı

Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan ilk beynəlxalq dollar istiqrazlarının buraxılışını tamamlayıb.

KONKRET.az xəbər verir ki, İstiqrazlar müxtəlif ödəmə müddətləri ilə üç tranşda yerləşdirilib.

Müddətlər 6, 10 və 30 illikdir. 2030-cu ildə ödəmə müddəti başa çatan altı illik istiqrazlar üçün birinci tranşın dəyəri 3,25 milyard, ödəmə müddəti 2034-cü ildə başa çatan on illik istiqrazlar üçün ikinci tranşın dəyəri 4 milyard, 2054-cü ildə vaxtı çatan otuz illik istiqrazlar üçün tranşın dəyəri 4,75 milyard dollar olub. Milli Borc İdarəetmə Mərkəzinin bəyanatında qeyd edilir ki, Səudiyyə Ərəbistanının dollar istiqrazları üzrə sifariş kitabçası 2,5 dəfə çoxalaraq təxminən 30 milyard dollara çatıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*