Səudiyyə Ərəbistanı neft hasilatını AZALDACAQbackend

Səudiyyə Ərəbistanı neft hasilatını AZALDACAQ

Səudiyyə Ərəbistanı 2023-cü ilin iyul ayında gündəlik neft hasilatını daha 1 milyon barel azaltmaq qərarına gəlib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə bu sazişin daha da uzadılması imkanını özündə saxlayır.

Qeyd olunub ki, Krallıq iyul ayı ərzində neft hasilatında əlavə 1 milyon barel könüllü ixtisar həyata keçirəcək və bu müddət uzadıla bilər.

Məlumata görə, Səudiyyə Ərəbistanının hasilatı sutkada 9 milyon barel, ümumi azalma isə gündə 1,5 milyon barel olacaq.

Rusiya baş nazirinin müavini Aleksandr Novak isə ölkəsində neft hasilatının könüllü azaldılması müddətinin 2024-cü ilin sonuna qədər uzadıldığını açıqlayıb. Bu qərar OPEC+ nazirlərinin görüşünün yekunlarına əsasən qəbul edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*