Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcəkbackend

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcək

Səudiyyə Ərəbistanı ilin sonuna qədər gündəlik neft hasilatını könüllü olaraq bir milyon barel azaltmağa davam edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, noyabr və dekabr aylarında hasilat gündəlik təxminən 9 milyon barel olacaq.

“Könüllü ixtisarlarla bağlı bu qərar, ixtisarların dərinləşdirilməsi və ya istehsalın artırılmasını nəzərdən keçirmək məqsədilə gələn ay nəzərdən keçiriləcək”, – bəyanatda qeyd edilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının könüllü hasilatı azaltması bir neçə OPEC+ istehsalçısı tərəfindən razılaşdırılan və 2024-cü ilin sonuna qədər davam edəcək aprel azaldılmasına əlavədir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*