Səudiyyə Ərəbistanı Suriyaya tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıbbackend

Səudiyyə Ərəbistanı Suriyaya tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan bazar günü Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Al-Ekhbariya” telekanalı məlumat yayıb: “Biz Suriyaya tətbiq edilən birtərəfli və beynəlxalq sanksiyaların ləğvinin vacibliyini vurğuladıq, çünki onların davam etdirilməsi Suriya xalqının inkişaf və reabilitasiyaya nail olmaq istəklərinə mane olur”. Səudiyyə Ərəbistanının xarici işlər naziri həmçinin Suriyaya humanitar və iqtisadi dəstəyin davam etdirilməsinə çağırıb və ölkənin birliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*