Səudiyyə Ərəbistanı Türkiyəyə iqtisadi boykot elan etdi – Krallığın rəsmisi deyəsən çaşıbbackend

Səudiyyə Ərəbistanı Türkiyəyə iqtisadi boykot elan etdi - Krallığın rəsmisi deyəsən çaşıb

Səudiyyə Ərəbistanı Ticarət Palatası krallığın iş adamlarına Türk şirkətləri ilə iş birliyindən çəkinmələrini şiddətlə tövsiyə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.

Palatanın rəhbəri Əclan əl-Əclan “Türk mallarını boykot etməyə” çağırıb: “Səudiyyə sahibkarları Türk şirkətləri ilə iş görməməlidir. Aydın şəkildə deyirəm: investisiya, idxal, turizm yoxdur!”.

Onun sözlərinə görə, krallıqda fəaliyyət göstərən türk şirkətləri ilə əlaqə qurmaqdan çəkinmək lazımdır.

Palata rəhbərinin qeyd etdiyi bu mövqe Ankaranın yürütdüyü düşmənçilik siyasəti, krallığa və hökmdarlarına qarşı təkrar təhqirlərə görədir.

Boykot çağırışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın əvvəllərində bir sıra Körfəz ölkələrini Türkiyəyə qarşı düşmənçilik siyasətində günahlandırmasından və hətta bu dövlətlərin yaxın gələcəkdə mövcudluğunu şübhə altına almasından sonra gəlib.

Ərəb ölkələri Ankaraya dəfələrlə Liviya, Suriya və Misirin daxili işlərinə müdaxilənin yolverilməzliyi barədə xəbərdarlıq ediblər. Türkiyə Osmanlı imperiyasını bərpa etməkdə və ərəblər üzərində hegemonluq qurmağa çalışmaqda günahlandırılıb.

Haşiyə: Türkiyəyə heç bir ölkənin iqtisadi boykotu təsir edə bilməz. Çünki rəsmi Ankaraya qoyulan investisiya yetərincədir. Türk iş adamları da dünyanın bütün ölkələrində çalışır. Turizm ölkəsi kimi də dünya liderləri arasındadır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*