Səudiyyə Ərəbistanında altı şəhərə qar yağdıbackend

Səudiyyə Ərəbistanında altı şəhərə qar yağdı

Səudiyyə Ərəbistanının 6 şəhərində qar yağıb, bəzi yerlərdə havanın orta temperaturu mənfi 3 dərəcəyədək enib.

KONKRET.az bu barədə “Sky News Arabia”ya istinadən xəbər verir.

Milli Meteorologiya Mərkəzinin sözçüsü Hüseyn əl Qahtani Sibirdən gələn soyuq hava kütlələrinin səbəb olduğu anomal havaların həftənin sonunadək davam edəcəyini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərazisində yanvarın əvvəlindən soyuq hava şəraiti hökm sürür. Belə ki, ayın 19-da Turaif bölgəsində 6, Qürəyyat bölgəsində 5, Ərar bölgəsində 4 dərəcə şaxta qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*