Səudiyyə Ərəbistanında atışma: 6 nəfər öldü – VİDEObackend

Səudiyyə Ərəbistanında atışma: 6 nəfər öldü - VİDEO

Səudiyyə Ərəbistanının Asir əyalətində atışma baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Associated Press agentliyi 27 may çərşənbə günü məlumat yayıb.

Atışmanın bir-biri ilə müharibə şəraitində olan iki ailənin üzvləri tərəfindən təşkil olunduğu bildirilir.

Polis artıq ölənlərin hamısının Səudiyyə Ərəbistanının vətəndaşları olduğunu müəyyən edib. Silahlar ələ keçirilib, prokurorlar nə baş verdiyini araşdırır.

 

Agentlik Səudiyyə Ərəbistanında kütləvi qətllərin nadir olduğunu yazır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın terrorla əlaqəli olduğuna inanmırlar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*