Səudiyyə Ərəbistanında qadınlar da orduda xidmət edəcəkbackend

Səudiyyə Ərəbistanında qadınlar da orduda xidmət edəcək

Səudiyyə Ərəbistanında qadınların orduya qatılmasına və yuxarı rütbələrə yüksəlməsinə icazə verilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın qadınlarla bağlı islahatları çərçivəsində baş tutub.

Bildirilib ki, bunun üçün qadınlar 21-40 yaşında olmalı, boyları isə 155 santimetrdən qısa olmamalıdır.

Qərara görə, qadınlar quru, dəniz, hava, raket qüvvələrinə və səhiyyə sinfinə müraciət edə bilərlər.

“Qadınların qabiliyyətlərini və vətəndaşlıq haqlarını dəstəkləyən yeni qanunlar sayəsində qadınlar yeni bir çalışma mərhələsinə girəcək ki, bu da qadın-kişi bərabərliyinə milli inancın bir təzahürüdür”, – məlumatda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kişilərin silahlı qüvvələrə qatılması üçün əsas meyar 17-40 yaşında və 160 santimetrdən qısa olmamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*