Səudiyyədə jurnalisti öldürənlərə ölüm cəzası verildibackend

Səudiyyədə jurnalisti öldürənlərə ölüm cəzası verildi

Səudiyyə Ərəbistanında jurnalist Camal Xaşkacinin qətlində ittiham olunan şəxslərlə bağlı məhkəmə hökm verib.

KONKRET.AZ xəbər verir ki, qətllə əlaqədar olaraq beş nəfər ölüm cəzasına məhkum edilib.

Daha üç nəfər isə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsə də, bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*