Seul Ukraynada əsir götürülən Şimali Koreya əsgərinin öldüyünü açıqlayıbbackend

Seul Ukraynada əsir götürülən Şimali Koreya əsgərinin öldüyünü açıqlayıb

Cənubi Koreya kəşfiyyatı Rusiya və Ukrayna müharibəsində əsir düşən Şimali Koreya əsgərinin aldığı yaralardan öldüyünü bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Cənubi Koreya Milli Kəşfiyyat Xidməti bildirib: “Müttəfiq ölkənin kəşfiyyat xidməti vasitəsilə bir müddət əvvəl əsir götürülən Şimali Koreya əsgərinin yaraları ağırlaşdığı üçün öldüyünü təsdiqlədik”. Dekabrın 27-də Seuldan bildiriblər ki,  kəşfiyyat Şimali Koreya əsgərinin Ukrayna hərbçiləri tərəfindən əsir götürülməsini təsdiqləyib. Dekabrın 26-da Ukrayna mətbuatı Şimali Koreya əsgərinin Rusiyanın Kursk vilayətində keçirilən hərbi əməliyyatlar zamanı əsir götürüldüyü barədə məlumat yayıb. Hadisənin nə vaxt baş verdiyi barədə məlumat verilməyib. Cənubi Koreyanın məlumatına görə, Şimali Koreya Rusiyaya 11 minə yaxın əsgər göndərib. Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində 3000-dən çox Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını açıqlamışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*