Sevgilisindən 836 min tələb edən tiktoker barəsində qərar…backend

Sevgilisindən 836 min tələb edən tiktoker barəsində qərar…

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın məhkəməsi başlayıb.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İşin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Vəsatət təmin olunmayıb.

Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib.

Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Beniz” ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edilib.

Şikayətçinin tiktoker barəsində təqdim etdiyi sübutları əsas götürülərək ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*