Şeyma ərəb şeyxləri ilə çəkdirdiyi şəkillərlə “qaydaları” pozdu – FOTObackend

Şeyma ərəb şeyxləri ilə çəkdirdiyi şəkillərlə "qaydaları" pozdu - FOTO

Səudiyyə Ərəbistanında “MDL BEAST” adlı elektron musiqi festivalı keçirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, layihəyə daha çox maraq qatan türkiyəli model Şeyma Subaşının fotoları olub.

Modellə şəkillər çəkdirən ərəb şeyxləri sosial mediada tənqid atəşinə tutulub. Festivala sevgilisi ilə qatılan Şeymanın açıq-saçıq geyimlərdə çəkdirdiyi şəkillərin həqiqətən də Səudiyyə Ərəbistanında baş tutması şübhə doğurur.

Əvvəllər bu ölkədə tətbiq olunan qaydalar xaricdən gələn qadınlara da şamil olunurdu. Lakin sözügedən festival bu adət-ənənəni alt-üst edib.

Layihə haqqında məlumat verən türkiyəli yazar Onur Baştürk yaşananlara biganə qalmayıb:

“Səudiyyə Ərəbistanı bu qədər dəyişə bilərmi? Əlbətdə yox… Burada qadınlara ölkə xaricinə tək getmələri üçün qoyulan qadağa yenicə aradan götürülüb. Həmçinin onların maşın idarə etmələrinə də son vaxtlar icazə verilib. Səudiyyə qadınları Şeyma kimi açıq-saçıq geyimdə şəkil çəkdirəcək qədər şanslı deyil. Ona görə də bu ölkədə Şeyma Subaşının performansı hər kəsi heyrətləndirib”.

Qeyd edək ki, festivala İrina Şeyk, Stella Maxwell, Alessandra Ambrosio, Olivia Culpo kimi bir çox məşhur modellər də qatılıb.

 

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*