Naxçıvan Ali Məclisinin bugünkü qəfil növbədənkənar sessiyasında Vasif Talıbovun istefası səsə qoyularkən oğlu Seymur Talıbov ağlayıb.
KONKRET.az AzPolitika.info-ya istinadən xəbər verir ki, Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda kiçik Talıbovun gözüyaşlı olduğu açıq görünür.
Atasının istefa qərarına o da səs verir – tərəddüdlə və gözüyaşlı sol əlini yarıyadək qaldırır və tez də endirir.
Minlərlə atanı övlad qarşısında xar edəndə, insanları doğma ocağından, elindən, obasında, vətənindən didərgin salanda, bir qarın çörək üçün qürbət ölkələrə zillət çəkməyə məcbur edəndə, övladların atalarını, analarını vətəndə dəfn edə bilməyəndə çəkdikləri əzabı bəs düşünmürdün? İndi al payını… Bu hələ jurnaldır…. Xalqa qatı xəyanətini uşaq da bilir. Vətənə, dövlətə xəyanətini, yediyin boşqaba tüpürən alçaqlar olduğunuzu açıb ortaya qoysalar onda necə olacaqsınız görərik inşəallah