“Şeyx mənə olan borcunu çoxdan qaytarıb” – Qudasından daha bir AÇIQLAMAbackend

“Şeyx mənə olan borcunu çoxdan qaytarıb” – Qudasından daha bir AÇIQLAMA

“Şeyx villasını tikmək üçün borc verdiyim 260 min dolları çoxdan qaytarıb. Bu kişi borc-xərc edib, ev tikib, özü üçün gün-güzəran düzəldib. Kişinin evi olar də. Deyirlər ki, 260 min dollar Hacı Qalibdə haradan idi? Oğru olmamışam. Saf ticarət yolu ilə pul qazanmışam. Bununla da həmişə fəxr edirəm”.

KONKRET.az-ın məlumatına görə, bunu pravda.az-a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə deyib.

Qalib Salahzadə pulu necə qazanmasından da danışıb:

“1969-cu ildən əmək kitabçam var. Respublikanın taxta-şalban fondunun 95 faizi məndə olub. Sibirdən taxta-şalban gətirmişəm. Sibirin o qədər şəhərini sayaram ki… Pul qazanmağın yolları olub. Düzdür, mənə dəyməyiblər, həbs etməyiblər. Yəni özümü elə aparmamışam ki, tutub, içəri bassınlar. Sovet hökumətinin vaxtında pul qazanmaq asan şey deyildi”.

 

  • Millikişi
    Yanvar 20, 2024 - 21:34

    Nə biçim millətik, cəmiyyətik, toplumuq ağlam məntiqlə anlamaq mümkün deyil. Şeyxə bax, özündən cahil qudasına bax, cəmiyyətə mesajlarına bax. Deqradasiya olunub bitmiş Azərbaycan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*