Türkiyəli müğənni Sezen Aksunun Beykozdakı malikanəsinə girmək istəyən qadın mühafizəçilərə hücum edərək Sezen Aksunu ölümlə hədələyib.
KONKRET.az xəbər verir ki, Sezen Aksunun sözlərinə görə, eyni şəxs 4 dəfə onun evinə girməyə cəhd edib və qayığı ilə estakadasını dağıdıb.
Belə ki, gecə saat 02:00 radələrində Aksunun evinə gələn 47 yaşlı Azərbaycan vətəndaşı LM. mühafizəçini itələyərək baxçaya daxil olub.
TV100-dən Özkan Tamirakın məlumatına görə, LM qışqıraraq “Səni öldürərəm. Çıx get. Sezen xanımı öldürmək istəyirsiniz?” kimi təhqirlər yağdırdığı iddia edilir. Hadisənin şahidi olan mühafizəçi A.K şikayət ərizəsi verib. AK qadını çölə çıxarıb.
Polis evə gələrək qadını nəzarətə götürüb.
Müğənninin dediyinə görə, bu L.M-nin ilk gəlişi deyil.
Sezen Aksu, L.M.-ə qarşı şikayət ərizəsi olaraq verdiyi ifadəsində, “Bu şəxs mart, may, iyul və oktyabr aylarında 4 dəfə evimə gələrək, qapını zorla çəkərək, təhlükəsizliyimi təhdid edib təhqir edərək məni narahat edib. Bir dəfə evimin estakadasına yaxınlaşaraq körpüyə ziyan vuracaq şəkildə dağıntılara səbəb oub. Halbuki, o vaxt özümü fanat hesab etdiyim üçün şikayət etməmişdim. Bu mərhələdə diskomfortun ölçüsü artdığı üçün şikayət edirəm”- deyə müğənni bildirib.
L.M isə 2022-ci ilin mart ayında Novruz bayramı üçün müğənniyə şirniyyat gətirdiyini deyib.
“Mühafizəçi AK xoşagəlməz ifadə ilə məni qəbul etmədi. Mən bu adamla gözəl dildə danışaraq inandırdım. Şirniyyatı ona uzatdım. Sonra yenə Sezen Aksunun evinə getdim. Onunla sağollaşmağa gedirdim. Eyni asayiş keşikçisi üstümə atıldı. Mən heç kimin qapısını zorlamadım. Mənə böhtan atan A.K adlı mühafizəçidən şikayət edirəm”.
Beykoz Respublika Prokurorluğu istintaqını yekunlaşdırıb. L.M-yə qarşı hədə-qorxu və israrlı təqibə görə 1 ildən 4 ilədək həbs tələbi ilə iddia qaldırılıb.