Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukrayna Prezidenti Vladimir Zelenskiyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, Si Cinpin məktubunda Ukrayna xalqına xoş arzularını çatdıraraq iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib:
“Ukraynanın Müstəqillik Günü münasibətilə Sizə və dost Ukrayna xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm. Çin və Ukrayna arasında ənənəvi dostluq münasibətləri olub. Diplomatik əlaqələrin qurulmasından keçən 33 il ərzində onlar davamlı şəkildə inkişaf edib və müxtəlif sahələrdə əməkdaşlıq yaxşı nəticələr verib. Mən sizinlə uzunmüddətli əməkdaşlıq etməyə hazıram,” – deyə Çin lideri vurğulayıb.
Diqqətçəkən məqam isə odur ki, Si Cinpin məktubunda Ukraynanın ərazi bütövlüyünə toxunmayıb. Bu isə ikitərəfli münasibətlər tarixində ilk belə mesaj kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az