Si Cinpinq Tramp və Putini bir masa arxasında toplamaq istəyir – The Timesbackend

Si Cinpinq Tramp və Putini bir masa arxasında toplamaq istəyir – The Times

Çin prezidenti Si Cinpinq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampı eyni masa arxasında görüşdürmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, The Times nəşrinin məlumatına görə, bu simvolik sammit 3 sentyabrda İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümü münasibətilə Çində keçiriləcək hərbi parad zamanı baş tuta bilər. Vladimir Putin artıq dəvəti qəbul edib. Gözlənilir ki, Si Cinpinq yaxın günlərdə Trampı da rəsmi olaraq dəvət etsin.

Analitiklər bu təşəbbüsü “sülh və sabitlik üçün güclü siqnal” kimi qiymətləndirirlər.

Qeyd edək ki, Tramp daha əvvəl bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukrayna üzrə razılıq əldə olunmazsa, o, Rusiya və onun müttəfiqlərinə qarşı əlavə sanksiyalar tətbiq edəcək. Çin bu açıqlamaya sərt reaksiya verərək, Rusiyaya dəstəyi artıracağını və birtərəfli sanksiyaları qınadığını bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*