Sığınacaqda baş verən yanğında 15 uşaq öldübackend

Sığınacaqda baş verən yanğında 15 uşaq öldü

Haitidə kilsədəki bir uşaq evində 15 uşağın ölümü ilə nəticələnən yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yerli polis idarəsinə istinadən yayıb.

Yanğının fevralın 14-də Haitinin paytaxtı Port-o-Prins yaxınlığında bir Amerika dini təşkilatının kilsə sığınacağında meydana gəldiyi qeyd olunur.

Hadisənin səbəbi kimi şamdan istifadə göstərilir.

AFP-nin məlumatına görə, yanğın baş verən zaman iki uşaq otaqlarda baş verən yanğından ölüb. Digər 13 uşaq isə xəstəxanada dünyasını dəyişib.

Yerli hakim Raymond Jean Antuanın vurğulayıb ki, sığınacaq səlahiyyətlilərin icazəsi olmadan işləyib və yararsız binada yerləşib. Yanğın zamanı orada təxminən 66 uşaq və üç yaşlı insan olub.

Yanğın birinci mərtəbədə yataq otaqlarının birində başlayıb. Uşaq otaqlarının olduğu ikinci mərtəbəyə yalnız tüstü daxil olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*