“Şimali Kipr Türkiyənin tərkibində muxtar respublika statusuna keçidi istisna etmir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı bildirib.
Qeyd edək ki, həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər edib. Səfər zamanı Türkiyə prezidenti Ankaranın Kipr məsələsi ilə bağlı danışıqlara hazır olduğunu bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az