Şimali Koreya ABŞ-ı məhv etməklə hədələdibackend

Şimali Koreya ABŞ-ı məhv etməklə hədələdi

Şimali Koreya “yarımadada müharibə yenidən başlasa, ABŞ-ı məhv edəcəyik” açıqlamasını verib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS agentliyi KXDR-in Rusiyadakı səfirliyinə Koreya müharibəsinin başlamasının 70 illiyi münasibətilə göndərdiyi mesaja istinadən yayıb.

Diplomatlar qeyd ediblər ki, bu il “Amerika ordusu” Cənubi Koreyada müxtəlif hərbi manevrlər keçirir, bunun əsas məqsədi Amerika qüvvələrini KXDR-ə tez bir zamanda zərbə endirmək üçün Koreya yarımadasına yerləşdirməkdir.

Səfirlik, həmçinin Şimali Koreyanın “ona qarşı əl qaldırmağa cəsarət edənləri” cəzalandıra biləcək nüvə raketlərinə sahib olduğunu xatırladıb.

“Koreya müharibəsinin yeni dövründə  bəşəriyyət tarixinə xüsusilə sensasiyalı bir hadisə əlavə ediləcək, adı ABŞ olan bir imperiyaya son qoyulacaq”. Pxenyan nümayəndələri belə deyib.

İyunun 12-də KXDR-in Xarici İşlər Naziri Lee Song Gvon Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərin iki il içində ümidsizliyə döndüyünü açıqlayıb.

Xarici İşlər Naziri Koreya yarımadasında vəziyyətin “günü-gündən pisləşdiyini” söyləyib. Onun sözlərinə görə, 2018-ci ildə Amerika və Koreya liderləri Donald Tramp və Kim Çen Inın ilk görüşündə baş qaldıran ümidlər ümidsizliyə düçar oldu və nikbin bir qığılcım pessimist bir kabusun təzyiqi ilə öldü.

Şimali və Cənubi Koreya arasındakı müharibə 1950-ci il iyunun 25-dən 1953-cü il iyulun 27-dək davam edib. Pxenyana SSRİ və Çin kömək edib. Seul tərəfində ABŞ, Böyük Britaniya və BMT bayrağı altında müharibədə iştirak edən digər ölkələr yer alıb. Üç il ərzində təqribən 1,3 milyon koreyalı öldürülüb və yaralanıb.

Vaşinqton bu qarşıdurmada təxminən 36,6 min əsgərini itirib. Müharibə 1953-cü ildə bu günə qədər davam edən bir barışıq ilə sona çatıb.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*