Cənubi Koreya mətbuatı Ukraynaya qarşı döyüşən Şimali Koreya əsgərlərindən 300-nün öldürüldüyünü, 2700-nün isə yaralandığı barədə məlumat verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Mənbə bildirib ki, Şimali Koreya əsgərlərinin çoxu əsir düşməmək üçün özlərini partladıblar. Yanvarın 11-də Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna əsgərlərinin Kursk vilayətində iki Şimali Koreya əsgərini əsir götürdüyünü açıqlayıb. Onlar yaralı halda Kiyevə aparılıb. Ukraynanın hesablamalarına görə, Kursk bölgəsində təxminən 11 min Şimali Koreya əsgəri yerləşdirilib.
Vəli Həsənoğlu,
KONKRET.az