Şimali Koreya üç raket atdı – Kim Çen In yenidən üzə çıxdıbackend

Şimali Koreya üç raket atdı - Kim Çen In yenidən üzə çıxdı

Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum tipli üç raket atıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreyanın Yonhap agentliyi yayıb.

Cənubi Koreyanın Birgə Qərargah rəisləri Şimali Koreyanın şərqə, Yapon dənizinə üç naməlum mərmi atdığını deyib.

Qeyd olunduğu kimi, raketlər şimal-şərq istiqamətində Həmhin əyalətinin Sondok şəhərinə bitişik ərazilərdən atəşə tutulub.

Raketlərin növü, məsafəsi və hündürlüyü barədə hələ məlumat verilməyib.

Ötən ilin dekabrında KXDR lideri Kim Çen In ölkəsinin tezliklə yeni strateji silahlar təqdim edəcəyini açıqlamışdı.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*