Şimali Koreya ordusunu Ukraynaya müharibəyə göndərəcək: nə baş verirbackend

Şimali Koreya ordusunu Ukraynaya müharibəyə göndərəcək: nə baş verir

“Prezident Kim Çen In Şimali Koreya ordusunun mühəndis hissələrini Ukraynaya göndərməklə Rusiya prezidenti Vladimir Putinə dəstək verəcək”.

KONKRET.az xəbər verir ki, bu fikri almaniyalı köşə yazarı Yurgen Naudit bildirib.

Nauditin sözlərinə görə, Qərb buna cavab olaraq yalnız şifahi etirazını bildirəcək:

“Şimali Koreya bəyan etdi ki, Rusiya Silahlı Qüvvələrinin tərəfində olacaq. Və Rusiya ilə KXDR arasında hərbi ittifaqın bir hissəsi olaraq Pxenyan  Donetskə mühəndis qrupları göndərəcək. Bu, gələn ay baş verəcək”, – köşə yazarı X sosial şəbəkəsində yazıb.

Şimali Koreya qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı məlumatı şərh edən Pentaqon bu prosesin mütləq izlənilməli olduğunu deyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*