Simonyan indi də Rusiya mediasını yıxıb-sürüdü: “Bizdəki xaos heç yerdə yoxdur”backend

Simonyan indi də Rusiya mediasını yıxıb-sürüdü: "Bizdəki xaos heç yerdə yoxdur”

RT telekanalının baş redaktoru Marqarita Simonyan Rusiya informasiya məkanında olan “biabırçılıq”dan danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

“Mən sadəcə sizə məlumat verirəm ki, dünyanın heç bir informasiya sferasında bizdəki kimi belə xaos, qarışıqlıq və anarxiya yoxdur”. O, Radio KP-də Tina Kandelaki ilə söhbətində belə deyib.

Simonyan hesab edir ki, dünyada uzun müddət gedən hibrid müharibəsində Rusiya uduzur.

“İnformasiya məkanımızı təmin etmək üçün ən kiçik bir fürsətimiz yoxdur. Bu məsələlərlə məşğul olan insanlar ya bunu ümumiyyətlə başa düşmürlər, ya da səmimi olaraq hər şeyin yaxşı olduğuna inanırlar. Bizə Çində olduğu kimi lazım deyil. Başqa yerdən nümunə götürməliyik” deyib Simonyan.

Onun sözlərinə görə, dünya “burada diktatura olduğuna” inanır, amma əslində Rusiya özünün informasiya təhlükəsizliyini çoxdan “havaya buraxıb”.

“Çünki bu sahə ilə məşğul olanda, hakimiyyətdə bunu həvəslə etmək istəyən insanlar var idi.  Dünyanı fərqli şəkildə görənlər hakimiyyətə gələndə artıq gec oldu” deyə RT-nin baş redaktoru vurğulayıb.

Marqarita Simonyan bir neçə gün öncə Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini şərh edib. O, rəsmi İrəvanı nankorluqda və anti-Rusiya siyasətində ittiham edərək Ermənistan hakimiyyətinə müraciət edib. Xüsusilə, Simonyan, Ermənistan hakimiyyətinin Krımı tanımadığını, “Rusiyanın daimi müttəfiqi” keçmiş prezident Robert Köçəryanı həbs etdiyini, eyni zamanda “Ermənistanda anti-Rusiya QHT-lərinin doldurulduğunu” bildirib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*