Simonyan müəmmalı danışdı: “Bu həftə Azərbaycana cavab verəcəyik”backend

Simonyan müəmmalı danışdı: "Bu həftə Azərbaycana cavab verəcəyik"

“Yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Hər şey o qədər sürətlə inkişaf edir ki, yaxın günlərdə çox maraqlı hadisələr baş verə bilər. Ümumiyyətlə, müzakirə etdiyimiz mövzu ətrafında çoxlu xəbərlərin və bəzi dəyişikliklərin olması mümkündür. Azərbaycana cavabımız bu həftə ərzində veriləcək”, – Simonyan bildirib.

Blokadanın aradan qaldırılmasında danışan Simonyan deyib:

“Biz hər zaman deyirik ki, keçid məntəqələrinin yaradılmasına, yolların açılmasına hazırıq. Bu, dayanmayan bir prosesdir. Baş nazir bu həftə sözügedən məqamlarla bağlı yeni bəyanat və ya şərh verə bilər”, – Simonyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*