Simonyan: “Regionda geosiyasi dəyişikliklər bizə bunu vadar etdi”backend

Simonyan: "Regionda geosiyasi dəyişikliklər bizə bunu vadar etdi"

“Yeni konstitusiyaya ehtiyac regionda baş verən geosiyasi dəyişikliklərin nəticəsidir”.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Digər tərəfdən, Simonyan əlavə edib ki, Ermənistan müstəqilliyini elan edəndən bəri fundamental sənədlərdə yenidən işlənməli olan müddəalar var. Bu, geosiyasi dəyişikliklər və “son hadisələr”lə bağlıdır.

“Biz başa düşməliyik ki, Ermənistan hara gedir və hansı məqsədlər güdür, Ermənistan Respublikası hansı məqsədlə mövcuddur. O, “Böyük Ermənistan”ı bərpa etmək üçün, yoxsa vətəndaşların təhlükəsizliyini və rifahını təmin etmək üçün var? Bu suallara cavab verməliyik və hesab edirəm ki, cəmiyyətimizdə onlara verilən cavablar birmənalı deyil”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*