Simonyanın Cenevrə müəmması – Bu məsələyə aydınlıq gəlməlidirbackend

Simonyanın Cenevrə müəmması - Bu məsələyə aydınlıq gəlməlidir

Məlum olduğu kimi, Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədəki konfrans zamanı Azərbaycanla sülh müqaviləsinin 16 bəndi barədə razılığa gəldiyini açıqlamışdı. Lakin daha sonra Paşinyan başda olmaqla, digər hökumət rəsmiləri də bu barədə məsələni gündəmə gətirmədilər.

Maraqlıdır, bu “sükut”dan hansı nəticəyə gəlmək olar?

KONKRET.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğulayıb ki, buradan iki nəticəyə gəlmək olar:

“Bu açıqlamanı ya Ermənistan parlamentinin sədri özbaşına verib, məqsədi beynəlxalq aləmin dəstəyini qazanmaq və ölkəsini sülhpərvər kimi göstərmək olub, ya da Alen Simonyan baş nazirinin tapşırığını yerinə yetirib. Əgər ikincidirsə, Nikol Paşinyan yaxın günlərdə bu məsələyə aydınlıq gətirməli, Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır”.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*