Sinəsi açıq 30 qız Britaniya parlamenti qarşısında etiraz etdi – FOTObackend

Sinəsi açıq 30 qız Britaniya parlamenti qarşısında etiraz etdi - FOTO

Sinəsi açıq 30 qız Britaniya parlamenti qarşısında iqlim dəyişikliyinə etiraz edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Kampaniya “Extinction Rebellion” hərəkatı tərəfindən aparılır.

Qızlar əllərində “Həqiqəti qəbul edə bilmirsiniz?” yazılmış böyük bir plakat tutublar.

Qızların sinələrində qlobal istiləşmənin nəticələri (müharibə, quraqlıq, aclıq, meşə yanğınları, şiddət)  haqqında yazılar yazılıb.

Bəziləri velosiped kilidləri ilə parlamentin pilləkənlərində özlərini zəncirləyiblər.

Fotoşəkildə polisin onları necə saxladığı göstərilir.

Bundan əvvəl Britaniya Daxili İşlər Naziri Priti Patel bu təşkilatı “cinayətkarlara çevrilən səlibçilər” adlandırmışdı.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*