Şirin içkilər səbəbindən ölüm halları artırbackend

Şirin içkilər səbəbindən ölüm halları artır

Alimlər şəkərlə zənginləşdirilmiş içkilərin qlobal miqyasda bəşəriyyətə nə kimi zərər verdiyini müəyyən ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “NatMed” jurnalında geniş yazı dərc olunub. Araşdırmalar göstərib ki, şirin içkilər səbəbindən şəkərli diabet və ürək-damar sistemi xəstəliklərinə tutulma halları çoxalır və bu xəstəliklərdən ölüm halları artır. 240 millilitr içkidə 50 kilokalori şəkər olan içkilər şəkərlə şirinləşdirilmiş içkilər hesab edilir. İstisnalar şirinləşdirilmiş süd, 100% meyvə və tərəvəz şirələri, həmçinin kalorisi olmayan şəkər əvəzedici içkilərdir.  Araşdırmalara görə, şəkərlə şirinləşdirilmiş içkilər nəticəsində ürək xəstəliyi olanların sayı 1,2 milyon, 2-ci tip şəkərli diabet xəstələrinin sayı isə 2,2 milyon nəfər artır. Bundan əlavə, hər il 80 min  şəkərli diabet xəstəsi və 258 min  ürək-damar xəstəliyindən əziyyət çəkən insan bu növ içkilərə görə dünyasını dəyişir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*