SİRLƏR AÇILIR: Moskva Əliyevin bu siyasətindən QORXUR backend

SİRLƏR AÇILIR: Moskva Əliyevin bu siyasətindən QORXUR 

Azərbaycanın atdığı addımlar, xüsusən də prezident İlham Əliyevin mayın 9-da Moskvada keçirilən paradda iştirakdan imtina etməsi, yumşaq güc aləti kimi “Rus evi”ni bağlaması, eləcə də yerli mətbuatda anti-Rusiya ritorikası azadlığı digər MDB ölkələri, o cümlədən Mərkəzi Asiya hesabatları üçün nümunə ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə özbəkistanlı politoloq Dünyagir Əkrəmov fikir səsləndirib.

“Qarabağ Bakının nəzarətinə qaytarıldıqdan və Azərbaycanın suverenliyi bərpa edildikdən sonra ölkə Qərblə neft-qaz sahəsində böyük sazişlər imzaladı. Transxəzər marşrutu üzrə enerji resurslarının Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə Avropaya çatdırılması ilə bağlı sazişlər bağlandı. İranın Rusiya üçün əhəmiyyətinin artması amili də öz rolunu oynayır. Ancaq Rusiya bunun qarşısını almağa çalışır. Rusiya bununla barışa bilmir. Çünki o, özünü ənənəvi olaraq postsovet məkanında hegemon sayır. Prezident İlham Əliyev isə beynəlxalq münasibətləri yaxşı bidiyi üçün hadisələri düzgün idarə etmək qabiliyyətinə malikdir”, – Özbək ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*