“Zelenskiyə niyə kostyum geyinmədiyini soruşduqda Ağ Evdə gərginlik artmağa başladı”.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat dərc edib.
Nəşr yazır ki, müxbirin Ukrayna liderindən görüşə niyə kostyum geyinmədiyini soruşması ilə gərginlik artmağa başlayıb.
“Niyə kostyum geyinmirsiz? Sizin ümumiyyətlə, kostyumunuz var? – müxbir soruşub.
“Hər hansı bir probleminiz varmı?” – Zelenski deyib.
“Bir çox amerikalıların Oval Ofis geyim koduna əməl etməyən insanlarla bağlı problemi var”, – deyə müxbir cavab verib.
“Bu müharibə bitdikdən sonra kostyum geyinəcəyəm. Bəlkə daha ucuz bir şey, yaxud da sizinki kimi kostyum ola bilər. Sağ olun”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Britaniya mediasına görə, rəsmi tədbirlərdə kostyum geyinmək şərhçiləri Zelenskinin Rusiya ilə münaqişəni ciddi qəbul etmədiyini düşünməyə vadar edə bilər. Çünki kostyum və qalstuklardan istifadə adətən məsələnin adi olduğuna işarədir.
Müşviq Tofiqoğlu
KONKRET.az