backend

Şirməmməd Hüseynov yenə yazacaq!

Tanınmış yazar Rəşad Məcid özünün facebook statusunda dəyərli alim Şirməmməd Hüseynovun vəfatı ilə bağlı hisslərini belə bölüşüb: “Ustad müəllimimiz Şirməmməd Hüseynovu itirdik! Həyatımızda dərin bir boşluq yarandı. Tələbəlikdən üzü bəri, hələ şəxsən yaxın olmadığımız vaxtlardan ona əfsanə kimi baxırdıq. Düzlüyü, saflığı, ədaləti, prinsipiallığı və xarizmasıyla. Sonra “525”-də yollarımız kəsişdi. Tez-tez görüşdük. Dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı və zövq alması, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə bizə nümunə oldu O! Belə yaşamaq mümkündür-nümunəsini göstərdi.
Keçən həftə yay tətilinə görə hər şənbə “525”-də dərc olunan yazılarına iki aylıq fasilə verdiyini söylədi və dünən bizi tərk etdi. Amma əminik ki, sentyabr gələcək, Şirməmməd müəllim yenə yazacaq, yenə qəzetdə tariximizi araşdıran yazıları, tələbələrinə örnək olan həyatıyla, müdrik söhbətləriylə bizimlə birgə olacaq! Allah rəhmət eləsin! Bütün xalqımıza, media ictimaiyyətinə, çoxsaylı tələbələrinə, fədakar , əziz Ülkər xanıma, Fərəh və Lalə xanımlara, nəvələrinə, doğmalarına dərin hüznlə başsağlığımı çatdırıram!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*