Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub: ölən var – FOTObackend

Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub: ölən var - FOTO

Şirvanda ağır yol qəzası baş verib.

KONKRET.AZ-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb.

“Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus “VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*