Şirvan şəhərində yol qəzası baş verib
KONKRET.az xəbər verir ki, hadisə bu gün Şirvan-Salyan avtomobil yolunun Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı mikroavtobus yolun kənarında dayanan qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində xəsarət alanlar Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova, Söhbət Kərimov Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
19:04
Şirvanda yol qəzası olub.
KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Salyan-Şirvan magistralında baş verib.
Şirkətlərdən birinə məxsus mikroavtobus arxadan avtokrana çırpılıb.
Nətcədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.