“Siyahıda olan həkim burnumu elə günə qoydu ki…” – Nigar Şabanovabackend

“Siyahıda olan həkim burnumu elə günə qoydu ki...” - Nigar Şabanova

Xəbər verdiyimiz kimi, Şairə Nazilə Səfərli şəxsi instaqram hesabında saxta şəhadətnamə aldığı deyilən estetik cərrahların siyahısının sifarişlə hazırlandığını iddia edən video paylaşmışdı. Həmin paylaşım böyük əks-səda yaradıb.

KONKRET.az xəbər verir ki, Əməkdar artist Nigar Şabanova da sözügedən paylaşıma şərh yazıb. O, məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

“Nazı, o siyahıda olan həkim mənim burnumu elə günə qoydu ki, Azərbaycanda sinəsinə döyən təcrübəli heç bir həkim burnumu əməliyyat etmir. Nəfəs ala bilmirəm, kosmetik görünüş bəyənilməz. Amma Günə. Piriyeva 3 ildə 3 əməliyyatımı edib şükür, min şükür, çox razıyam. O xarici bloger getsin, siyahıda adlar çəkdin, onları araşdırsın. Mənə yazsın, mən deyim o siyahıdakı hansı həkim burnumu bu günə salıb. Sənin də ürəyinə sağlıq”.

Qeyd edək ki, şərh yazan digər izləyicilər də şairənin iddialarına dəstək veriblər./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*