backend

Siyəzəndə ağır yol-nəqliyyat hadisəsi baş verib - 3 yaralı

Dünən axşam saatlarında Bakı-Quba avtomobil yolunun 110-cu kilometrliyində Siyəzən rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Azayev Ələm Bəhman oğlu, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı və 1959-cu il təvəllüdlü Gülmirzeyev İlham Gülünbala oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırmalara başlanıb.

C.FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*