Siyəzəndə bir aylıq körpə faciəvi şəkildə öldübackend

Siyəzəndə bir aylıq körpə faciəvi şəkildə öldü

Siyəzəndə bir aylıq körpə iynədən ölüb. 

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, bir aylıq Əli Aqşin oğlu Novruzova iynə vururulub. İynədən sonra körpə ölüb.

Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Aqşin oğlu Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*