“Siz Trampın uğur qazanmasını istəmirsiniz” – Heqset jurnalistləri tənqid etdibackend

“Siz Trampın uğur qazanmasını istəmirsiniz” – Heqset jurnalistləri tənqid etdi

ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset Amerika mediasını sərt şəkildə tənqid edib.

KONKERT.az xəbər verir ki, onun sözlərinə görə, bir sıra KİV-lər ABŞ-ın həyata keçirdiyi zərbələrlə bağlı bilərəkdən dezinformasiya yayır və bununla da prezident Donald Trampın uğur qazanmasının qarşısını almağa çalışırlar.

“Jurnalistlər, siz Trampa qarşı o qədər kəskin mövqe tutursunuz ki, bu artıq sizin qanınızda, DNT-nizdədir. Siz onun uğur qazanmasını istəmirsiniz. Buna görə də ABŞ-ın həyata keçirdiyi zərbələrin effektiv olduğunu etiraf edə bilmirsiniz. Ümid edirsiniz ki, bu zərbələr uğursuz olub. Yarımçıq həqiqətlər, sızmalar, təhrif olunmuş informasiyalar – nə mümkün olsa edirsiniz ki, cəmiyyətdə şübhə toxumu səpəsiniz və şüuru manipulyasiya edəsiniz,” – deyə Heqset bildirib.

Qeyd edək ki, onun bu sərt çıxışı ABŞ-ın Yaxın Şərqdə həyata keçirdiyi son hərbi əməliyyatlara dair mediada yayımlanan sızmalar fonunda səsləndirilib.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*