Slovakiya parlamenti beynəlxalq arenada anti-Rusiya sanksiyalarına dəstəyi dayandırmağa çağıran qətnaməni təsdiqləyib.
KONKRET.az xəbər verir ki, sənəd Slovakiya Milli Partiyası (SNS) tərəfindən təklif edilib və enerji qiymətlərinin artması ilə əsaslandırılır.
İclasda iştirak edən 76 deputatdan 51-i təşəbbüsün lehinə, 23-ü bitərəf, biri isə əleyhinə səs verib. Müxalifət etiraz olaraq səsvermədən əvvəl zalı tərk edib.
Qətnamənin lehinə səslərin əksəriyyətini Milli Koalisiyadan olan deputatlar verib. İclasda sanksiyaların ləğvi ilə bağlı referendumun keçirilməsi ilə bağlı petisiyanın təşəbbüskarları ilə yanaşı, keçmiş ədliyyə naziri Stefan Harabin də iştirak edib.
Slovakiyanın Rusiya ilə münasibətləri 2023-cü il parlament seçkilərindən, baş nazir Robert Fisonun hakimiyyətə qayıtmasından sonra xeyli dəyişib. Onun hökuməti Ukraynadakı müharibə ilə bağlı uzaq mövqe tutub və Aİ-nin sanksiya siyasətini tənqid edərək, bunun ölkə iqtisadiyyatı üçün zərərli olduğunu bildirib.
Fitso həmçinin bildirib ki, sülh yolu ilə nizamlanmaya mane olarsa, yeni sanksiyalara veto qoymağa hazırdır. Ölkə sanksiyaların ləğvi ilə bağlı referendum üçün 400 minə yaxın imza toplayıb, lakin prezident Peter Pelleqrini belə bir referendumun qanunla mümkün olmadığını bildirib.
Aİ Şurası artıq Rusiyaya qarşı 16-cı sanksiyalar paketini, o cümlədən kölgə donanmasına və məhdudiyyətlərdən yayınan banklara qarşı tədbirləri təsdiqləyib.
Müşviq Tofiqoğlu
KONKRET.az