Ermənistan universitetlərinin ən yaxşı tələbələri Moskva merinin fərdi təqaüdünü alacaqlar. Bu barədə İrəvandakı Moskva Mədəniyyət və İş Mərkəzinin (ICDC) “Moskva Evi”ndə keçirilən Himayəçilər Şurasının iclasında bildirilib. Qərara görə 15 erməni tələbə Moskva meri Sergey Sobyaninin fərdi təqaüdünü alacaqlar.
KONKRET.az xəbər verir ki, bu barədə “Verelq.am” xəbər yayıb. Xəbərdə deyilir ki: “Təqaüd rus dilində təhsil alan, mükəmməl akademik performans göstərən və universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə veriləcək. Təqaüd verilməsi üçün digər bir meyar tələbənin maddi vəziyyətidir”.
KONKRET.az