“Paytaxt həkimlərinin yarıdan çoxu koronavirus infeksiyasına yoluxub”.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Koronavirus pandemiyasına qarşı mübarizədə fərqlənən paytaxtın səhiyyə işçilərinə dövlət mükafatını təqdim edən Sobyanin deyib:
“Moskvada həkimlərin yarısının ya ağır, ya da asimptomatik olaraq xəstələndiyini desəm, yanılmaram. Bu və ya digər şəkildə bu xəstəliklə üzləşiblər”