Soçidə itən 11 turistdən xəbər var – Onları helikopter axtarırbackend

Soçidə itən 11 turistdən xəbər var - Onları helikopter axtarır

Soçi dağlarında itkin düşən 3 böyük və 8 uşaqdan (9 ilə 16 yaş arası) ibarət 11 turist qrupu əlaqə yaradıb.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Krasnodar diyar  Prokurorluğunun nümayəndəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl Soçidə bir qrup turistin dağa getdiyi və qohumları ilə əlaqə saxlamadığı bildirilmişdi. Tverdən 11 nəfərlik qeydiyyatsız bir qrupun bazar günü səhər dağlardakı Esto-Sadok kəndini tərk etdiyi və geri dönmədiyi ortaya çıxıb.

Gecə ərzində aparılan axtarışlar nəticə verməyib. Səhərə qədər onları təxminən 200 nəfər axtarıb, əraziyə at dəstələri və helikopter cəlb edilib.

“Turistlərlə əlaqə quruldu, hamısı sağdır. Çay kənarındadırlar. Xilasedicilər ora göndərildi”. Krasnodar diyar Prokurorluğunun nümayəndəsi belə deyib.

İstintaq Komitəsi turistlərin itməsi ilə bağlı istintaqa başlayıb.

Şəhərdə xilasetmə xidmətlərindən başqa Soçi administrasiyası və şəhər fövqəladə xidmətlərinin nümayəndələrinin də olduğu əməliyyat qərargahı yaradılıb.

Babək Göyüş           

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*