Sofiya Rotaru gözlənilmədən Kremençuqda baş verən faciəyə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Sofiya Rotaru İnstaqramında şam ilə şəkil yayımlayıb, şəhərin adını və raket hücumunun tarixini yazıb. Sənətçi başqa heç nə yazmayıb.
Sonuncu dəfə hələ fevral ayında izləyiciləri ilə əlaqə saxlayan müğənni indi özünü yenidən hiss etdirib.
Uzun müddətdir sosial şəbəkələrdə görünməyən müğənni Sofiya Rotaru Kremençuqda baş verən faciə ilə bağlı paylaşım edib.
İyunun 27-də oradakı “Amstor” ticarət mərkəzinə Rusiya raket atıb. Hava hücumu zamanı ticarət mərkəzində 1000-dən çox insan olub. Bununla əlaqədar şəhərdə matəm günü elan edilib.
Qeyd edək ki, pərəstişkarları artıq Rotarunu Ukraynadakı müharibəyə susmaqda ittiham ediblər. Onun Ukrayna haqqında son bloq yazısı fevralın 28-nə aiddir. Sonra ulduz Kiyevdə olduğunu qeyd edib.
“Müstəqillik və azadlıq bahadır – bu, doğrudur, amma rus raketlərinin dinc sakinləri, uşaqları məhv etmək və Ukrayna şəhərlərini dağıtmaq üçün həqiqətən buna dəyərmi?
Bu faktlar ürəyimi parçalayır! Mən Kiyevdəyəm! Müdafiəçilərimiz üçün dua edirəm! Mən bu mətni yazıram və bəli, əllərim titrəyir. Onlar titrəyirlər, çünki Ukraynanın hər yerində şiddətli döyüşlər gedir… Hamımıza güc və sülh arzulayıram!”, – deyə sənətçi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az